00:28 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9292
Азербайджанские манаты разного номинала

Nabran bələdiyyəsinin sədri cərimələndi: Turizm bölgəsindəki zibillərə görə

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
1468 0 0

Gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan "məcburi göstəriş" verilib.

BAKI, 12 avqust — Sputnik. Xaçmaz rayonunun Nabran qəsəbəsinin ərazisində meşəətrafı sahənin məişət tullantıları ilə çirkləndirilməsi və tullantıların qalaqlanması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə daxil olan və sosial şəbəkədə yayılan videoməlumatı dərhal nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırma nəticəsində məişət tullantılarının qalaqlandığı ərazinin Nabran bələdiyyəsinə məxsus olduğu müəyyənləşib.

Əraziyə baxış zamanı 500 kvadratmetr sahənin tullantılarla çirkləndirildiyi faktı təsdiqini tapıb. Zibillik sahə operativ olaraq ETSN-in əməkdaşlarının nəzarəti ilə Nabran bələdiyyəsi tərəfindən təmizlənib.

Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt və protokol tərtib olunub. Bələdiyyə sədri Qutrət Qədimov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimələnib. Gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan "məcburi göstəriş" verilib.

Nazirlik ətraf mühitin qorunması, təbiəti mühafizə və tullantıların idarə olunması sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirərək ETSN-in işinə dəstək göstərən hər bir şəxsə təşəkkürünü bildirir.

Əlaqədar

Nabranda bir ailə faciəsi yaşandı: Dörd nəfər...
Nabranda dənizdə boğulan qadının cəsədi çıxarılıb
Xaçmaz-Xudat və Xudat-Nabran avtomobil yolları təmir edilir
Teqlər:
bələdiyyə sədri, Xaçmaz, bələdiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nabran qəsəbəsi

Əsas mövzular