CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkomanları heroinlə müalicə edəcəklər

© Sputnik / Oleg Zoloto / Mediabanka keçidHeroin
Heroin - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir bundan əvvəl də narkomanlara qarşı loyal münasibəti ilə seçilib.

BAKI, 12 avqust — Sputnik. Norveçin səhiyyə naziri Bent Xoye ölkənin Səhiyyə İdarəsinə müraciət edərək heroinlə müalicə üçün münasib namizədlərin siyahısının hazırlanmasını xahiş edib.

Sputnik Azərbaycan Vesti-yə istinadən xəbər verir ki, Norveç hökuməti adi müalicə zamanı çətinliklərlə qarşılaşan şəxslərə kömək etmək istəyir.

Xoye bundan əvvəl də narkomanlara qarşı loyal münasibəti ilə seçilib.

"Biz asılılığı olan şəxslərə hörmətlə davranmalıyıq. Onları cəzalandırmaq və ya mühakimə etmək əvəzinə, səhiyyə ilə yardım etməliyik" — deyə nazir bildirib.

Yerli KİV-in məlumatına görə, Norveçdə bununla bağlı proqram 2020 və ya 2021-ci ildə reallaşdırılmağa başlaya bilər.

Xəbər lenti
0