Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dövlət xidmətinin rəisindən sosial şəbəkə fenomeninə böyük etimad

© Photo : DSX mətbuat xidmətiDövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Gülay və Vüsal Fərzəliyevlərlə görüşdə
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Gülay və Vüsal Fərzəliyevlərlə görüşdə - Sputnik Azərbaycan
Abunə olmaq
General-polkovnik qızın atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib

BAKI, 11 avqust — Sputnik. Avqust ayının 9-da Dövlət Sərhəd Xidmətinin rəisi, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev at çapma bacarığı ilə sosial şəbəkələrdə böyük marağa səbəb olan Gülay və onun atası ilə görüşüb.

© Photo : DSX mətbuat xidmətiGülay və Vüsal Fərzəliyevlər
Gülay və Vüsal Fərzəliyevlər - Sputnik Azərbaycan
Gülay və Vüsal Fərzəliyevlər

Sputnik Azərbaycan xəbər verir ki, 9 yaşlı Gülayın at belindəki məharətlərini əks etdirən görüntülər Atçılıq Federa­siyası tərəfindən maraqla qarşılanıb. Gülay və atası Ağdam rayonunun Ətyeməzli kəndindən qaçqın düşərək Sumqayıt şəhərində məskunlaşan Fərzəliyev Vüsal Qəzənfər oğlu E.Quliyevlə görüşə dəvət olunub.

© Photo : DSX mətbuat xidmətiGülay Fərzəliyeva
Gülay Fərzəliyeva - Sputnik Azərbaycan
Gülay Fərzəliyeva

General-polkovnik Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri olan süvari ekipirovkası ilə təmin edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib.

Xəbər lenti
0