CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Tolerant Azərbaycan" Şəbəkəsi yaradılıb

© Sputnik / Murad Orujov“Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” adlı layihiyənin yekun konfransı
“Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” adlı layihiyənin yekun konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Layihənin məqsədi cəmiyyətdə tolerantlıq dəyərlərinin daha geniş təşəkkül tapmasına yardım göstərilməsi olub

BAKI, 8 avqust — Sputnik. "Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi" layihəsinin icrasını başa çatdırıb.

“Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” adlı layihiyənin yekun konfransı - Sputnik Azərbaycan
"Azərbaycan tolerantlığın geniş yayıldığı ölkələrdən biridir"

İctimai Birlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, layihənin məqsədi cəmiyyətdə tolerantlıq dəyərlərinin daha geniş təşəkkül tapmasına yardım göstərilməsi olub. Layihə çərçivəsində Bakı şəhərində gənclər, tələbələr, vətəndaş cəmiyyəti fəalları, sosial şəbəkələrin fəal istifadəçiləri, qrup və səhifələrinin idarəçiləri, KİV əməkdaşları üçün "Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyəti" mövzusunda 3 təlim keçirilib.

Bildirilib ki, "Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyəti" mövzusunda keçirilən təlimlər geniş marağa səbəb olub və yüksək təmsilçiliyi ilə diqqət çəkib: "Təlimlərdə "Dözümlülük ideyasının tarixi təkamülü", "Dini tolerantlıq konsepsiyası", "Qloballaşan dünyada milli-mədəni kimliyə olan çağırışlar", "İslam dini və tolerantlıq", "Azərbaycanın tolerantlıq modeli", "İslam paradiqmasında tolerantlıq anlayışı", "Müasir insan hüquqları nəzəriyyələri və tolerantlıq ideyası" mövzularını əhatə edib".

Təlimlərə Dini Qurumlarla üzrə Dövlət Komitəsi, İlahiyyat İnstitutu təmsilçiləri, AMEA-nın Fələsfə və Tarix institutlarının alimləri, nüfuzlu ilahiyyatçılar, ictimaı fəallar, QHT rəhbərləri məruzəçi kimi dəvət olunublar. DEVAM rəhbəri Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı Ağa Hacıbəyli, İlahiyyat Universitenin müəllimi Anar Qafarov, Dini Qurumlarla üzrə Dövlət Komitəsinin rəsmisi Rəfi Qurbanov, Media və Mülki Cəmiyyət İB-nin sədr müavini Rəsul Mirhəşimli, ictimai fəal Bəxtiyar Hacıyev, tanınmış araşdırmaçı-alim Vüsal Hətəmov, AMEA-nın dosenti Dilavər Əzimli, habelə, alim Füzulu Məhəmməd, QHT nümayəndələri Mehriban Zeynalova, Ruhəngiz Hüseynli və başqaları məruzələrlə çıxış ediblər. Ümumilikdə, təlimlərə 80 iştirakçı qatılıb.

Təlimlər həm də, qeyd olunan mövzularla yanaşı cəmiyyətin müxtəlif kəsimlərini təmsil edən rəy liderləri, ekspertlər, ilahiyyatçılar, vətəndaş cəmiyyəti fəalları arasında "Dövlətin din siyasəti necə olmalıdır?", "Tolerantlıq" terminini Azərbaycan dilində hansı sözlə əvəz etmək olar?", "İslam dinində tolerantlıq ənənələri və İslam peyğəmbərinin bununla əlaqədar şəxsi nümunələri necə olub?", "Tolerantlıq Qərb ölkələrində necə başa düşülür? "Yanaşma dəyişibmi?" kimi çox aktual suallar ətrafında müzakirələr və fikir mübadiləsi ilə fərqlənib. Bu müzakirələr iştirakçılara fərqli yanaşmaları nümayiş etdirib, tolerantlıq da daxil olmaqla ekzestensial suallarla bağlı müasir intellektual axtarışlar barədə bilgilənməyə yardım göstərib.

Layihə çərçivəsində təlim iştirakçılarından ibarət "Tolerant Azərbaycan" Şəbəkəsi yaradılıb. Şəbəkənin sosial şəbəkələrdə səhifə və qrupu yaradılıb. Şəbəkə üzvləri Azərbaycanın tolerant ölkə kimi tanıdılması, tolerantlıq ideya və dəylərinin təbliğ olunması istiqamətində fəaliyyət göstərəcək.

Şəbəkənin yaradılması və onun vasitəsilə şaxələndirilmiş maarifçilik aparılması gənclərin tolerantlıq dəyərlərini daha yaxşı anlamasına, təbliğinə əhəmiyyətli töhfə verəcək. Şəbəkə gənclərin tolerantlıq dəyərləri əsasında bir araya gəlməsi və özlərinin bu istiqamətdə maarifçilik tədbirlərini davam etdirməsinə zəmin yaradacaq.

Xəbər lenti
0