05:07 16 Avqust 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9254
Nizami rayonu Əli Vəliyev küçəsi 16 ünvanında məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçası

Bakıda on minlərlə ailənin gözü yoldadır, elə buna səbəb olmağa məcbur qalanların da...

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
15525 0 0

Məcburi köçkünlər mənzil istəyir, körpələr uşaq bağçası, icra hakimiyyəti isə...

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. Nizami rayonu Əli Vəliyev küçəsi 16 ünvanında, təxminən, 20 il əvvəl uşaq bağçası yerləşirdi. Yerləşirdi deyəndə, bağçanın binası indi də yerindədir, ancaq orada məcburi köçkünlər yaşayır.

Öyrəndiyimizə görə, bağça sovet dövründə Metropolitenin nəzdində olub. Sonradan Metropolitenin balansından çıxarılaraq icra hakimiyyətinin balansına verilib. Bağçada 1998-ci ildən məcburi köçkünlər məskunlaşmağa başlayıb. İri həyəti və hər bir şəraiti olan baxça köçkünlər üçün mənzilə çevrilib.

Binada yaşayanlar deyirlər ki, sakinlərin çoxu Kəlbəcər rayonundan köçkün düşənlərdir. Əksəriyyəti də ahıl yaşlı insanlardır. Bağçada, haradasa, 30-a yaxın köçkün ailəsi yaşayır. Və onlar iddia edirlər ki, bu günə kimi kimsə onların problemləri, qayğıları ilə maraqlanmayıb. Soruşan olmayıb ki, "burada niyə yaşayırsınız, sizə də ev verilməlidir, axı".

Sputnik Azərbaycan məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edib. Qurumun ictimai-siyasi, humanitar məsələlər üzrə müdir müavini Bəhman Hüseynov məsələdən agah olduqlarını bildirib: "Əli Vəliyev küçəsində yerləşən Metropolitenin bağçası 12 qruplu bağça kimi fəaliyyət göstərib. Qarabağ hadisələri zamanı bağçaya qaçqın və məcburi köçkünlər yerləşdirildi".

B.Hüseynov qeyd etdi ki, vaxtilə bağça Bakı Metropoliteninin balansında olub: "Amma sonradan Nizami Rayon İcra Hakimiyyətinin balansına verilib. İcra Hakimiyyətinin balansına verilən zaman isə bağçada qaçqınlar yaşayırdı".

Nizami RİH rəsmisi onu da əlavə edib ki, hazırda orada məskunlaşmış 30-a yaxın qaçqın və məcburi köçkün ailəsi evlə təmin edildikdən sonra bağça da fəaliyyətini bərpa edəcək: "Yəqin ki, ailələr köçürüləndən sonra bağça təmir edilib, yenidən istifadəyə veriləcək".

  • Nizami rayonu Əli Vəliyev küçəsi 16 ünvanında məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçası

1 / 7
© Sputnik / Irade CELIL
Nizami rayonu Əli Vəliyev küçəsi 16 ünvanında məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçası

"Həmin ərazidə bizim bağçamız yoxdur. Ərazidə yaşayan azyaşlıların bağçalara yerləşdirilməsində çətinlik çəkirik. İki bağçamız, demək olar ki, qaçqın və məcburi köçkünlər tərəfindən tam tutulub, fəaliyyət göstərmir" – deyə həmsöhbətimiz bildirib.

B.Hüseynovun sözlərinə görə, hazırda qaçqınlar üçün binalar tikilir: "Və qaçqınlar mənzillə təmin edildikcə, yerlər boşalır və bağçalar yenidən fəaliyyətə başlayır. Rayonumuzda lal-kar uşaqlar üçün olan internat məktəbinin zirzəmisində və "Azərsutikinti" xəstəxanasının zirzəmisində yaşayan 40 ailə Lökbatan qəsəbəsində mənzillə təmin edilmə ərəfəsindədir. Yavaş-yavaş bu problemlər öz həllini tapacaq".

O, həmçinin qeyd edib ki, Nizami rayonunda dövlət proqramı çərçivəsində təmir edilən bağçalar da var: "Hazırda 264 saylı bağça Nizami Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmir edilir. Təmirsiz, pis vəziyyətdə olan bağçaları dövlət proqramına daxil etmişik. Bununla yanaşı, Nizami rayonu ərazisində iki yerdə sahibkarlar da bağça tikir. Biri Keşlə qəsəbəsindədir, həmçinin sahibkar tərəfindən alınmış 73 saylı bağça da yenidən bərpa edilir. Yəqin ki, ilin sonuna tam müasir standartlara uyğun bağça istifadəyə veriləcək".

İcra hakimiyyəti təmsilçisinin sözlərinə görə, hazırda Nizami rayonunda 15 minə yaxın bağça yaşlı uşaq yaşayır: "Amma rayonda olan bağçalarda yerlər 5 min uşaq üçündür. Bu hal tək bizdə deyil, bütün rayonlarda müşahidə edilir. Ümid edirik ki, zamanla qaçqın və məcbur köçkünlər mənzillə təmin ediləcək və uşaq bağçaları yenidən fəaliyyətə başlayacaq".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məcburi köçkünlərin yeni binalara köçürülməsi prosesi mərhələli şəkildə aparılır: "Hazırda ən qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillərə yerləşdirilir. Növbəti mərhələdə isə bağça və məktəblərdə məskunlaşan məcburi köçkünlər köçürüləcək".

Sözügedən bağçada məskunlaşmış vətəndaşların nə zaman köçürüləcəyi ilə bağlı isə konkret vaxt məlum deyil.

Əlaqədar

Uşaq bağçalarına ayrılan vəsaitin necə xərcləndiyi yoxlanılıb
Gəncədəki bağça olayı böyüdü: İşdən çıxarılanlar var
Valideynlərin əli ürəyinin üstündə qalıb: Bundan sonra övladımı bağçaya aparım, ya yox?
Uşaq bağçasında yaşanan qalmaqal parlamentə daşındı
Uşaq bağçalarına qəbul qaydaları dəyişdirilir
Teqlər:
Əli Vəliyev küçəsi, Bəhman Hüseynov, Nizami Rayon İcra Hakimiyyəti, uşaq bağçası, Nizami rayonu, Metropoliten, məcburi köçkün, təmir, bina, qaçqın

Əsas mövzular