CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirdən gələcək pensiyaçılara müjdə

© Sputnik / Murad OrujovЖители Баку у банкомата, фото из архива
Жители Баку у банкомата, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Pensiya təyinatı sistemi tam elektronlaşdırılacaq"

BAKI, 6 avqust — Sputnik. "Sosial təminat sisteminin mühüm komponentlərindən olan pensiya təminatı sahəsi üzrə əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun da elektronlaşdırılması həyata keçiriləcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı sisteminin təkmilləşdirilməsi məqsədilə Nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib.

O, Prezident İlham Əliyevin 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilən "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq, pensiya təminatı sistemində aparılan islahatların davam etdirildiyini deyib. 

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Saxta yolla sosial yardım alanların qara günləri başlayır

Nazir bildirib ki, bu islahatlar sosial sığorta sisteminin inkişafının, işləyən əhalinin bu sistemdə fəal iştirakının effektiv şəkildə stimullaşdırılması, sığortaedənlərlə iş mexanizmlərinin təkmilləşdirilməsi, sosial sığorta münasibətlərinin və pensiya təyinatı üzrə xidmətlərin şəffaflaşdırılması, bu xidmətlərin keyfiyyətinin artırılması və s. kimi hədəflərə yönəlib. Hazırda "Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinin imkanlarından da bu istiqamətdə səmərəli istifadə mühüm önəm kəsb edir.

S.Babayev sığorta-pensiya sistemi ilə bağlı qanunvericilik aktlarında müvafiq əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlandığını diqqətə çatdırıb.

İclasda İşçi Qrupuna tapşırılan vəzifələrin icrası sahəsində görülən işlər, hazırlanan yeni təkliflər, pensiya təyinatı prosedurunun elektronlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Xəbər lenti
0