14:51 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
2293450

Sahibkar obyektin yaşayış yerlərindən uzaqda yerləşməsi səbəbindən elektrik enerjisi çəkməyin mümkün olmadığını, nəticədə alternativ enerji mənbəyinə üz tutmaq məcburiyətində qaldığını deyir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Tovuz rayonunun əsrarəngiz təbiətə malik Əsirik dərəsində yerləşən istirahət mərkəzlərindən birinin sahibi maraqlı yenilik edib. O, sahibi olduğu obyekti alternativ enerji mənbəyindən istifadə edərək işıqlandırır və elektrik enerjisinə olan tələbatını öz yaratdığı qurğu vasitəsilə ödəyir.

Bunun üçün o, ərazinin təbii şəraitindən istifadə edərək axar su ilə xüsusi hazırladığı çarxı hərəkətə gətirir. Çarx öz növbəsində kardan vasitəsilə birləşən reduktoru fırladır, reduktorsa dövrlər sayını artıraraq generatoru işə salır. Nəticədə sahibkar 2.7-3 kVt elektrik enerjisi əldə edir.

  • Tovuz rayonunun Əsirik dərəsində yerləşən istirahət mərkəzlərindən biri
    Tovuz rayonunun Əsirik dərəsində yerləşən istirahət mərkəzlərindən biri
    © Sputnik / Ilham Mustafa
  • Tovuz rayonunun Əsirik dərəsində yerləşən istirahət mərkəzlərindən biri
    Tovuz rayonunun Əsirik dərəsində yerləşən istirahət mərkəzlərindən biri
    © Sputnik / Ilham Mustafa
  • Vuqar Sadıqov
    Vuqar Sadıqov
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Tovuz rayonunun Əsirik dərəsində yerləşən istirahət mərkəzlərindən biri

Qurğunu hazırlayan Vuqar Sadıqov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində, obyektin yaşayış yerlərindən uzaqda yerləşməsi səbəbindən elektrik enerjisi çəkməyin mümkün olmadığını, nəticədə alternativ enerji mənbəyinə üz tutmaq məcburiyətində qaldığını deyir.

"Burada işə başlayandan bəri daim obyekti necə elektrik enerjisi ilə təmin etmək haqda fikirləşmişəm. Naqillərlə elektrik xətti çəkməyin mümkünsüzlüyünü gördükdən sonra artıq alternativ enerji barədə düşünməyə başladım. Bunun üçün internetdə də axtarış apardım. Orada gördüklərimi ərazimizə uyğunlaşdıraraq bu qurğunu yaratdım" — ixtiraçı danışır.

Sahibkar hazırladığı su çarxını "Belarus" traktorunun diskindən, onu generatorla əlaqələndirmək üçün isə "Zil" avtomobilinin bəzi hissələrindən və dəmir lövhələrdən istifadə etdiyini, ümumlikdə 4500-5000 manat vəsait xərclədiyini bildirir: "İlk dəfədən istədiyimiz effekti ala bilmədik. Buna görə bir neçə dəfə yenilədik. Çətinliyinə baxmayaraq istəyimizə nail olduq".

"Bu yaxınlarda bütün ölkə zülmətə qərq olanda bizdə elektrik enerjisi var idi. Hazırda aldığım enerji ilə 2 soyuducu, 20-dək qənaətli elektrik lampası yandıra bilirəm. Həm ərzaqlarımız xarab olmur, həm də müştərilərimiz narazı qalmır"- deyir Vuqar Sadıqov.

Sahibkar qurğuya marağın böyük olduğunu, istirahətə gələnlərin onun ətrafında şəkil çəkdirməyi sevdiklərini, eyni zamanda digər obyekt sahiblərinin də belə qurğu hazırlamaq üçün onlara çox müraciət etdiklərini bildirib.

Əlaqədar

Hökumət enerji sahəsində dəyişikliklərə imza atdı
İqtisadçı: “Azərbaycanın alternativ enerji əldə etməyə yetərincə imkanları var”
FHN elektrik enerjisinin kəsintisi ilə bağlı vacib məlumat yaydı
Elektrik enerjisinin kəsilməsinin səbəbi bilindi - RƏSMİ
Gəncə sui-qəsdi və enerji böhranı ilə bağlı çağırışlara görə cəzalandırılanlar var
Teqlər:
generator, Vuqar Sadıqov, alternativ enerji mənbəyi, Əsirik dərəsi, Tovuz rayonu, işıq, obyekt, sahibkar

Əsas mövzular