CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah əsl istirahət havası olacaq, külək...

© Sputnik / Murad OrujovВетроуказатель, фото из архива
Ветроуказатель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

BAKI, 28 iyul — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda sabaha gözlənilən hava proqnozunu açıqlayıb.

ETSN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 23-26°, gündüz  31-35° isti olacaq. Bakıda gecə 24-26°, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yağmursuz. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz  35-40° isti, dağlarda gecə 14-19°, gündüz  23-28° isti təşkil edəcək.

Xəbər lenti
0