CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyahət etmək istəyənlər diqqətli olsunlar - XƏBƏRDARLIQ

© Sputnik / Kamal AlmuradlıNərgiztəpədə dağ çiçəkləri
Nərgiztəpədə dağ çiçəkləri - Sputnik Azərbaycan
Abunə olmaq
ETSN istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb

BAKI, 27 iyul — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günləri səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.  

ETSN-dən Sputnik Azərbaycan-a verilən məumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu dağətəyi rayonlarda 31-36, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək. 

Atatürk hava limanı - Sputnik Azərbaycan
Atatürk hava limanında görünməmiş hadisə, bu dəfə qadın turist...

Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36, dağlıq rayonlarda 28-32 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraiti günəşli olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 36-41 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılıb ki, yaxın 2 gün ərzində hava şəraiti günəşli keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli şərait müşahidə olunacaq. Günorta saatlarında 11:00-17:00-dək günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.

Xəbər lenti
0