03:09 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
368 0 0

Səyyar “ASAN xidmət”ə 1 500 000-ci vətəndaş müraciəti qeydə alınıb

BAKI, 26 iyul — Sputnik. 26 iyul 2018-ci il tarixində "ASAN xidmət"ə 23 milyonuncu, o cümlədən Səyyar “ASAN xidmət”ə 1 500 000-ci vətəndaş müraciəti qeydə alınıb.

"ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, bu müraciətin sahibi Gədəbəy rayon sakini Hüseyn Qarayev olub. O, Gədəbəy rayonunda Səyyar “ASAN xidmət”ə müraciət edərək Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

23 milyonuncu müraciətin sahibi kimi Hüseyn Qarayev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 13 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa regionlarda 10 Səyyar "ASAN xidmət" avtobusu və Səyyar ASAN qatar vasitəsi ilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Teqlər:
"ASAN Xidmət", Gədəbəy, Səyyar "ASAN xidmət", rekord, müraciət

Əsas mövzular