00:32 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Akif Əliyev

Nazirlik ictimaiyyətin narahat olduğu məsələyə reaksiya verdi

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
277 0 0

Sputnik Azərbaycan Akif Əliyevin acınacaqlı vəziyyəti barədə məlumat vermişdi

BAKI, 25 iyul — Sputnik. Uzun müddətdir ki, Tbilisi prospektində keçidin pilləkəninin yanında yaşayan Akif Əliyev xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Akif Əliyevin vəziyyəti ilə maraqlanıb. Hazırda o 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

A.Əliyevin müayinə və müalicədən sonra sığınacağa yerləşdiriləcəyi gözlənilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov qeyd edir ki, vətəndaşına qayğı dövlət siyasətində başlıca yer tutur: "Nazirlik olaraq ictimaiyyətlə birgə bu sahədə səylərimizi artırmalıyıq. Bütün xoşagəlməz halların qarşısını almağa çalışmalıyıq. İnanıram ki, səylərimiz nəticə verəcək".

Xatırladaq ki, Sputnik Azərbaycan Akif Əliyevin acınacaqlı vəziyyəti barədə məlumat vermişdi.

Əlaqədar

Polşadan Putin-Tramp görüşünə gözlənilməz reaksiya
QMİ Gəncə hadisələrinə reaksiya verdi
İcra başçısını güllələyən şəxslə bağlı qalmaqallı fotoya rəsmi reaksiya verildi
Azərbaycan XİN Qarabağdakı son hərəkətlənməyə reaksiya verdi: Hərbi avantüradır

Əsas mövzular