CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yəqin ki, qısa zamanda öləcəyəm, məni qocalar evinə yerləşdirin..."

© Sputnik / Irade JELILAkif Əliyev
Akif Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Ömrünün son günlərini yaşayan qoca son arzusunu dilə gətirir

BAKI, 25 iyul — Sputnik. 62 yaşlı Akif Əliyev Tbilisi prospektində yerləşdirən yerüstü keçidin pilləkəninin üstündə gecələyir. Sputnik Azərbaycan xəbər verir ki, Akif Əliyev 8 aydır bu ərazidə yaşayır.

Əməkdaşımıza dediyinə görə, bu günə qədər onunla jurnalistlərdən başqa kimsə maraqlanmayıb: "Gəlirlər, çəkirlər. Biri də şəxsiyyət vəsiqəmi aparıb. Arada heç nə yoxdur. Heç bir qurum mənim vəziyyətimlə maraqlanmır" — o bildirir.

A.Əliyev 1996-cı ildə Bakıya gəlib. Əvvəllər Ukrayna və Yunanıstanda yaşadığını və hazırda Yunanıstanda yaşayan Afina adlı bir qızı olduğunu bildirir. Hazırda o, qocalar evinə yerləşdirilməyi arzulayır.

"Şəkər xəstəsiyəm. Ayaqlarım da tutulub. Yəqin ki, tez bir zamanda öləcəyəm. Xahiş edirəm, məni qocalar evinə yerləşdirsinlər" — deyir sahibsiz qoca.

Sputnik Azərbaycan Akif Əliyevlə bağlı geniş reportaj təqdim edəcək.

Xəbər lenti
0