Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda avtomobil körpüdən aşıb

© Sputnik / Rahim MuradovƏlət-Astara magistral yolunda ağır avtomobil qəzası
Ələt-Astara magistral yolunda ağır avtomobil qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində sürcü ağır bədən xəsarətləri alıb

BAKI, 21 iyul — Sputnik. Lənkəran rayonunda avtomobil körpüdən aşıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Velədi kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Samir Habil oğlu Məmmədzadənin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını "Lənkəran" çayı üzərindəki körpüdən aşırıb. Hadisə nəticəsində sürcü ağır bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti
0