CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küçə süpürən qolu sarıqlı qadınla bağlı məlumat yayıldı

© Photo : APASüpürgəçi, arxiv şəkli
Süpürgəçi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
N.Alaverdova hazırki məskunlaşdığı yerdən narazı olmadığını bildirib

BAKI, 21 iyul — Sputnik. Son günlər qolu sarıqlı şəkildə Bakı küçələrinin birində təsərrüfat işləri ilə məşğul olan və yayılan fotosu ictimaiyyət arasında rezonans doğuran yaşlı xanımın sosial müdafiəsi ilə bağlı çoxsaylı suallar gəlməkdədir.

Sputnik Azərbaycan xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov qadın haqqında məlumat verib. O, bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları 77 yaşlı qadın — Alaverdova Nelya Mamedovna ilə görüşərək, onunla söhbət aparıblar.

© Photo : Sosial şəbəkədə yayılan fotoAlaverdova Nelya Mamedovna
Alaverdova Nelya Mamedovna - Sputnik Azərbaycan
Alaverdova Nelya Mamedovna

"Məlumat üçün bildirim ki, 1941-ci il təvəllüdlü Nelya Alaverdova 1997-ci ilin 5 may tarixindən yaşa görə əmək pensiyaçısıdır və hazırda 208,57 manat məbləğində aylıq əmək pensiyası alır. İşlədiyi Mənzil Kommunal Təsərrüfatı Birliyindən isə ayda 200 manatdan çox əmək haqqı alır. Nazirliyin əməkdaşları N.Alaverdovanın daimi yaşayış yerinin olmaması səbəbindən ona Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində dövlət himayəsində yaşamağı təklif ediblər. Həmin müəssisədə müasir tələblərə uyğun yaşayış şəraiti mövcuddur. Lakin N.Alaverdova bundan imtina edib, hazırki məskunlaşdığı yerdən narazı olmadığını bildirib".

F. Talıbov qeyd edib ki, N.Alaverdovaya yaşadığı ünvanda ev işlərinə köməklik üçün sosial xidmət işçiləri tərəfindən səyyar formada daimi sosial xidmət göstərilməsi təklif edilib. Ancaq xanım bu təklifi də qəbul etməyib, 77 yaşının olmasına baxmayaraq özü-özünə qulluq edə bildiyini deyib.

"Bu məsələdə KİV nümayəndələrinin, xüsusilə İTV kanalının xüsusi həssaslığını yüksək qiymətləndirir, cəmiyyətimizdə bu və buna bənzər hadisələrin aşkara çıxarılmasında mətbuatın fəallığını alqışlayırıq" – deyə Talıbov qeyd edib.

Xəbər lenti
0