14:00 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
46 0 0

Media nümayəndələri bəzi hallarda qanunu pozanların maraqlarına xidmət edirlər

BAKI, 18 iyul — Sputnik. Son on ildə gündəlik həyatımıza "kriminal jurnalistika", "araşdırma jurnalistikası", "jurnalist araşdırması" kimi terminlər daxil olub. Fövqəladə hallar, sosial sahə, qeyri-qanuni fəaliyyət, korrupsiya faktları, maliyyə maxinasiyaları, zorakılıq və digər hallar kriminal jurnalistikanın mövzusuna çevrilir.

Tıxaca səbəb olan sürücü
© Photo : Bakı nəqliyyat agentliyinin mətbuat xidməti

Azərbaycanda bu sahə yeni inkişaf etməyə başlayır. Lakin tez-tez olur ki, etik normalara riayət etməyən jurnalistlər mövzunu tam olaraq bilmədiklərinə, kifayət qədər peşəkar bacarıqları olmadıqlarına görə baş verənləri təhrif edir, hətta cəmiyyət arasında dezinformasiya yaymaqla, bəzi hallarda qanunu pozanların maraqlarına xidmət edirlər.

Belə hallarla necə effektiv mübarizə aparmaq barədə 19 iyul saat 13:00-da Sputnik Azərbaycan Multimedia Mərkəzində Azərbaycan Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli danışacaq. Tədbir 22 iyul Azərbaycanda Milli Mətbuat günü ərəfəsində keçiriləcək.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Əlaqədar

Tanınmış jurnalist Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri oldu
Tanınmış jurnalistə yeni vəzifə verildi
Məşhur jurnalist qətlə yetirildi
Jurnalistlər onu axtarır
Teqlər:
kriminal, jurnalistika, jurnalist, cəmiyyət

Əsas mövzular