CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zibillikdə kişi meyiti tapıldı

© Sputnik / Musa MuradlıBərdə rayonunun Əliyanlı kəndi ərazisindəki zibillik
Bərdə rayonunun Əliyanlı kəndi ərazisindəki zibillik - Sputnik Azərbaycan
Abunə olmaq
A.Məmmədov tüfeyli həyat tərzi keçirirmiş və yaşadığı konkret ünvan yoxdur

BAKI, 16 iyul — Sputnik. Cəlilabad rayonunda zibillikdən meyit tapılıb. Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, hadisə Cəlilabad rayonunun Kommunal Müəssisələri Kombinatının məişət tullantıları poliqonunda baş verib.

Poliqonda naməlum kişi meyiti aşkar edilib.

Aparılan araşdırmalar nəticəsində həmin meyitin 15 fevral 1956-cı ildə Cəlilabad rayonunda anadan olmuş, subay və işsiz, Cəlilabad şəhəri, Əzizbəyov küçəsində qeydiyyatda olan Məmmədov Arzu Xudu oğluna məxsus olduğu müəyyən edilib.

Məlum olub ki, A.Məmmədov tüfeyli həyat tərzi keçirirmiş və yaşadığı konkret ünvan yoxdur.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0