CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyətində ocaq qaladı, hər yeri yandırdı

Abunə olmaq
O.Kərimovun damının yaxınlığında olan toyuq hini də içindəki ev quşları ilə birlikdə yanıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Qax rayonunun Zəyəm kəndində tragikomik hadisə baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, kənd sakini Qüdrət Mustafayev öz həyətində ocaq yandırıb. Hava küləkli olduğundan, alov əvvəlcə onun öz damına, sonra isə qonşusu Omar Kərimovun damına düşüb.

Nəticədə hər iki qonşunun damında olan ot tayası tamamilə yanıb. O.Kərimovun damının yaxınlığında olan toyuq hini də içindəki ev quşları ilə birlikdə yanıb.

Xəbər lenti
0