22:36 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
664 0 0

R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən öldürülüb

BAKI, 15 iyul — Sputnik. İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

Rəşad Böyükkişiyev
© Photo : AR DİN mətbuat xidməti
Rəşad Böyükkişiyev

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi — "Aslanlar" tərəfindən məhv edilib.

Məlumatda bildirilir li, R.Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbsdə olub, həbs müddəti bitdikdən sonra isə Rusiya Federasiyasına gedib.

Əlaqədar

Gəncə olayları ilə bağlı həbslər davam edir, daha 7 nəfər tutuldu
Gəncə hadisələrini törədənlərlə bağlı vacib məlumat yayıldı
Prezident Gəncədə öldürülən polisləri təltif etdi
Gəncədə polis qatillərindən biri məhv edilib - RƏSMİ
Gəncədə polislərin qətlə yetirilməsi ilə bağlı 9 nəfər həbs olunub
Teqlər:
xüsusi təyinatlı dəstə, polis əməkdaşı, qumbara, DİN, atəş, Gəncə

Əsas mövzular