16:48 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın mətbuat konfransı. Bakı, 13 iyul 2018-ci il

Erkan Özoral: “Azərbaycan FETÖ ilə mübarizədə bizə ən çox dəstək olan ölkədir”

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
50 0 0

Türkiyə səfiri: “FETÖ-nün beli qırılıb və təşkilat bir daha bu qədər böyük plan qura bilməz”

BAKI, 13 iyul — Sputnik. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ikinci ildönümü münasibəti ilə mətbuat konfransı keçirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, səfir vurğulayıb ki, FETÖ xainləri 15 iyulda əsgər geyimində hərbi çevriliş həyata keçirməyə çalışıblar. Türk milləti həmin gecə bir araya gələrək, onlara layiqli cavab verib: "Çox təəssüflər olsun ki, həmin gecə 250 şəhid verdik. Bu hadisə bizə Türkiyə Cümhuriyyəti olaraq böyük dərs verdi. Biz belə hadisənin bir daha baş verməməsi üçün tədbirlər görürük. FETÖ terror təşkilatı 40 il ərzində mərhələli şəkildə dövlətin içərilərinə doğru irəlilədilər".

Səfirin sözlərinə görə, bu hadisə ilə bağlı 289 cinayəti işə açılıb: "Bu cinayət işlərindən 188-i üzrə artıq məhkəmə tərəfindən qərar çıxarılıb və 661 nəfər haqqında ömürlük həbs qərarı verilib. FETÖ ilə bağlı araşdırmalar nəticəsində 180 minə yaxın insan dövlətdəki işlərindən çıxarılıb. Onlar haqqında da araşdırmalar başlayıb”.

“Araşdırmalar nəticəsində FETÖ terror təşkilatının üzvlərinin şifrələnmiş "Bylock" proqramından istifadə etdiyi məlum olub. Araşdırmalara görə, bu proqramdan istifadə edən terror təşkilatının 250 mindən çox üzvü var" — deyə səfir bildirib.

Erkan Özoral qeyd edib ki, Türkiyədə artıq FETÖ terror təşkilatının beli qırılıb və təşkilat bir daha bu qədər böyük plan qura bilməz.

Səfir FETÖ terror təşkilatına qarşı Azərbaycanın atdığı addımlardan da danışıb: "Azərbaycan FETÖ ilə mübarizədə bizə ən çox dəstək olan ölkələrin başında gəlir. Bunu üç gün əvvəl Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdi və buna görə prezident İlham Əliyevə təşəkkür elədi”.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın mətbuat konfransı. Bakı, 13 iyul 2018-ci il
© Sputnik / Murad Orujov
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın mətbuat konfransı. Bakı, 13 iyul 2018-ci il

“Azərbaycan FETÖ ilə mübarizədə biz istəmədən, özü hərəkət edərək digər ölkələrə nümunə olan bir ölkədir. Azərbaycanda da FETÖ terror təşkilatının belinin qırıldığını deyə bilərik. Bir daha Azərbaycan hökumətinə, xalqına verdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm" — E.Özoral vurğulayıb.

Türkiyə səfiri, eyni zamanda Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı məsələyə də toxunub: "Bu məsələ ilə bağlı danışıqlar davam edir. Bu gün ABŞ-dan bir nümayəndə heyəti Türkiyəyə gələcək və keçirilən görüşlərdə bu məsələ müzakirə olunacaq. Ən yaxın zamanda bu məsələ ilə bağlı müsbət nəticə əldə olunacağına ümid edirəm".

Özoral Gəncədə baş verən hadisələrə də münasibət bildirib: "Türkiyə olaraq Azərbaycana qarşı olan qüvvələrə qarşıyıq. Azərbaycana uzanan əllər qırılmalıdır. Azərbaycanın bu istiqamətdə atacağı bütün addımları dəstəkləyirik. Bu, sona qədər də belə olacaq. İnanırıq ki, günahkarlar layiqli cəzasını alacaq".

Əlaqədar

MİT-dən nəfəs kəsən əməliyyat: FETÖ-nün "Azərbaycan kassası" qandalda Türkiyəyə aparıldı
Türkiyədə yenə FETÖ "fırtınası" qopdu, ordu çalxalanır
FETÖ-çülər bunu da etdi
Səfir FETÖ barədə sərt ifadələr işlətdi
Türkiyə XİN-dən ABŞ Konqresinə inanılmaz FETÖ ittihamı
Teqlər:
açıqlama, mətbuat konfransı, dəstək, Azərbaycan, FETÖ, səfir, Türkiyə, Erkan Özoral

Əsas mövzular