17:20 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücü qovşağın altında, daha dəqiq Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir

Gözlədiyimiz xəbər gəldi: Bu küçədə yol hərəkətinin təşkili dəyişdirilir

© Foto : BNA mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
106 0 0

Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

BAKI, 13 iyul — Sputnik. Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücü qovşağın altında, daha dəqiq Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir.

Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, artıq Bakı Nəqliyyat Agentliyinin bununla bağlı hazırladığı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Fəzail Bayramov küçəsində geriyədönmə yeri təşkil ediləcək ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq.

Qeyd edək ki, hazırda Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan sakinlər şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə daxil olmaq üçün yeni yoldan istifadə edə bilmirlər. Bu səbəbdən, onlar Babək və Xocalı prospektlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

Teqlər:
Heydər Əliyev prospekti, yol hərəkəti, Babək prospekti, Bakı Nəqliyyat Agentliyi, yol

Əsas mövzular