17:19 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Qaranlıqda elektrik dirəkləri, arxiv şəkli

“Azərenerji”: Elektrik verilişində 27 faiz məhdudiyyət var

CC0 / Skitterphoto / Electric Poles
CƏMİYYƏT
Qısa URL
49 0 0

Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir

BAKI, 12 iyul — Sputnik. “Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli  hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin yaydığı məlumatda deyilir.

”Azərişiq” ASC  öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu, Heydər Əliyev  hava limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda  həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar.

"Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC  istehlakçılarından üzr istəyir", — deyə məlumatda vurğulanıb.

Teqlər:
açıqlama, məhdudiyyət, elektrik, "Azərenerji" ASC

Əsas mövzular