CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda IV qrup üzrə ciddi dəyişikliklər edilib, ixtisarlar var

© AFP 2023 / FREDERICK FLORINAbituriyent
Abituriyent - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi ixtisasların plan yerləri isə kəskin şəkildə azaldılıb

BAKI, 10 iyul — Sputnik. Bu il IV ixtisas qrupu üzrə yenilik və dəyişikliklər olub. Belə ki, IV qrup üzrə yeni ixtisaslar yaranıb. Bunlar Bitki mühafizəsi və Bağçılıq və tərəvəzçilikdir. Bəzi ixtisasların plan yerləri isə kəskin şəkildə azaldılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə məlumat verib. O, qeyd edib ki, IV ixtisas qrupu üzrə plan yerləri kəskin şəkildə azalıb:

“1. Tibb Universitetinin Müalicə işi ixtisasına 460 yer ayrılıb. 2017-ci ildə bu ixtisas üzrə 585 yer ayrılmışdı. Bu il 125 yer azalıb. Təhsil haqqı isə artaraq 4500 manat olub. 2017-ci ildə bu məbləğ 3000 manat idi.

2. Stomatologiya ixtisası üzrə 15 yer ayrılıb. 2017-ci ildə 85 yer idi, 70 yer azalıb. Təhsil haqqı 4000 manat olub. 2017-ci ildə 3000 manat idi.

3. Tibbi profilaktika ixtisasına 35 yer verilib. Ötən il 65 yer idi, Bu ixtisas üzrə 30 yer azaldılıb. Təhsil haqqı 4000 manat olub. Əvvəl 3000 manat idi.

4. Əczaçılıq ixtisası üzrə 35 yer ayrılıb. 2017-ci ildə 60 yer idi, 25 yer azaldılıb. Təhsil haqqı, 3000 min manat idi, 4000 manat olub".

Xəbər lenti
0