CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Erməni, yoxsa türkmən: Azərbaycanın xalq artistinin bacısı oğlu kimin mahnısını oxuyub

© Photo : Instagram / cemil_dadashov_officialCəmil və Brilyant Dadaşovlar
Cəmil və Brilyant Dadaşovlar - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı müğənni Cəmil Dadaşovu erməni müğənninin repertuarından musiqi oxuduğu üçün tənqid ediblər

Bakı, 10 İyul – Sputnik. Azərbaycanlı müğənni, xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Cəmil Dadaşov yaradıcılığında uzun müddət davam edən fasilədən sonra yenidən "Sənin izinlə" ("По твоим следам") mahnısı ilə səhnəyə qayıdıb. O, mahnıya dəyişikliklər edərək  həm Azərbaycan, həm də rus dilində oxuyub.

Bu mahnının seçimi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Çünki bu mahnını bundan əvvəl erməni müğənni Saro Vardanyan türkmən müğənni Ka Re (Kakacan Rəcəpov) ilə duet oxuyub. Türkmən müğənni, həm də mahnının müəllifidir. İzləyiciləri Dadaşovu erməni müğənninin mahnısını oxuduğu üçün tənqid ediblər.

Sputnik Azərbaycan-a açıqlamasında Brilliant Dadaşovanın mətbuat katibi vurğulayıb ki, tənqidlər yersizdir. Çünki müğənni erməni yox, türkmən bəstəkar və müğənni Kakacan Rəcəpovun mahnısını oxuyub.

"Bizim, heç ölkəmizdə erməni musiqisinin bu qədər pərəstişkarının olmasından xəbərimiz belə, yox idi. Cəmil bu kompozisiyanı Moskvada toylardan birində Kakacanovun ifasında eşidib. Əgər kimsə mahnının ona məxsus olduğuna şübhə edirsə, onda "Google"-da axtarış versin" — deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Cəmil Dadaşov "N-Brothers" qrupunun sabiq solistidir. Yaradıcılığında uzun müddət davam edən fasilədən sonra o, səhnəyə qayıdıb, solo karyeraya başlamaq qərarı verib. Ona bu yolda xalası Briliiant Dadaşova dəstək olur. 

Xəbər lenti
0