12:37 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
Gülhüseyn Hüseynoğlu

Onu düz 5 il əvvəl itirmişik

© Foto : PUBLIC DOMAIN
CƏMİYYƏT
Qısa URL
153 0 0

Şəxsiyyətə pərəstiş dövründə həbs edilib, 25 il azadlıqdan məhrum olunub. Lakin 1956-cı ildə ona tam bəraət verilib və aspiranturaya bərpa edilib.

BAKI, 8 iyul — Sputnik. Azərbaycan yazıçısı və ədəbiyyatşünası Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində anadan olub. 3-4 yaşında ikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda alıb.

1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirib, aspiranturaya qəbul olub. Lakin şəxsiyyətə pərəstiş dövründə həbs edilib, 25 il azadlıqdan məhrum olunub.

1956-cı ildə ona tam bəraət verilib, aspiranturaya bərpa edilib. Universitetdə müəllim kimi saxlanılıb. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olub.

"Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə işıq üzü görüb. Mikayıl Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır.

Azərbaycan Yazıçılar İttifaqının V qurultayında idarə heyətinin üzvü seçilib. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında birliyin nəsr bölməsinin rəhbəri seçilib. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılıb.

Gülhüseyn Hüseynoğlu 8 iyul 2013-cü ildə vəfat edib.

Teqlər:
Mollaoba kəndi, Masallı rayonu, ildönümü, ədəbiyyatşünas, vəfat, yazıçı

Əsas mövzular