CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənilərin öldürdüyü balaca Zəhranın ailəsində körpə səsi: Qardaşı doğuldu

CC0 / SeppH / BabyYeni doğulmuş körpənin əli. arxiv şəkli
Yeni doğulmuş körpənin əli. arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Füzuliyə il mərasiminə gedən K. Ağazadə uşağa Murad adının qoyulduğunu bildirib

BAKI, 7 iyul — Sputnik. Ötən il erməni təxribatı nəticəsində həyatını itirən Zəhranın qardaşı dünyaya gəlib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumatı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşıb.

Füzuliyə il mərasiminə gedən K. Ağazadə uşağa Murad adının qoyulduğunu bildirib: “Bu mələk erməni terrorunun qurbanı olan mələk Zəhranın yeni doğulmuş qardaşıdır. Allahın ailəyə nəsib etdiyi Muradıdır. O, mütləq Zəhranın qisasını düşmənlərimizdən alacaq”.

Qeyd edək ki, 2017-ci ilin iyulun 4-də Ermənistan tərəfinin təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilib.

Xəbər lenti
0