21:50 19 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0253
  • USD1.7000
  • EUR1.9848
Tapança

Gəncənin icra başçısını güllələyən Yunis Səfərov danışdı – VİDEO

CC BY 2.0 / Peter Anderson / adiós
CƏMİYYƏT
Qısa URL
632 0 0

Y.Səfərov qeyd edib ki, hüquqları ona izah olunub və vəkillə təmin edilib

BAKI, 6 iyul — Sputnik. "Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında baş vermiş hadisəni mən törətmişəm. Hazırda saxlanılmışam və istintaq gedir".

Sputnik Azərbaycan "Xəzər Xəbər"ə istinadən bildirir ki, bunu açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş Yunis Səfərov deyib.

Y.Səfərov qeyd edib ki, hüquqları ona izah olunub və vəkillə təmin edilib.

Y.Səfərov, sosial şəbəkələrdə ona qarşı güc tətbiq edildiyi və xəsarət yetirildiyi barədə yayılmış görüntülərə də münasibət bildirib.

Teqlər:
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, Yunis Səfərov, Elmar Vəliyev, etiraf, güllələnmə

Əsas mövzular