CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir marşrut xəttində dəyişiklik olub

© Sputnik / Murad OrujovBakıda avtobus, arxiv şəkli
Bakıda avtobus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda 140 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar test rejimində yenilənmiş qrafiklə hərəkət edir

BAKI, 5 iyul — Sputnik. 32 nömrəli (Səməd Vurğun bağı – Cəmşid Naxçıvanski küçəsi) müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətini yerinə yetirən daşıyıcı dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda marşrutun müvəqqəti istismarını həyata keçirən daşıyıcının sərnişindaşıma qaydalarına əməl etməməsi marşrutun fəaliyyətində müəyyən çətinliklər yaradıb və vətəndaşların haqlı narazılıqlarına səbəb olub. Məsələ ilə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi qaydada avtobusların sərnişin tələbatına uyğun nizamlanması, xəttə əlavə avtobusların cəlb edilməsi, eyni zamanda Agentliyin və müvafiq qanunvericiliyin tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi tapşırılsa da, hər hansı bir təsirli tədbir görülməyib. Son vaxtlar marşrutun fəaliyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 çağrı mərkəzinə də vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olurdu. 

Автобусная остановка и движение транспорта на одной из улиц Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda xüsusi rejim ləğv olundu, adi qaydaya qayıdıldı

Dəyişikliyə əsasən, marşrut xətti üzrə sərnişindaşıma xidməti balansında sərnişin təlabatına uyğun və saz vəziyyətdə olan nəqliyyat vasitələrinə malik daşıyıcı tərəfindən həyata keçiriləcək.

Məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 140 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. Belə ki, yeni hərəkət sxeminə əsasən, bu xətt üzrə avtobuslar Lökbatan Nəqliyyat Mübadilə Mərkəzindən — “Qobu Park” yaşayış kompleksinə hərəkət edəcək.

Qeyd edək ki, hazırda 140 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar test rejimində yenilənmiş qrafiklə hərəkət edir.

Xəbər lenti
0