QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağın ilk dəfə xilas edildiyi gün

CC BY-SA 2.0 / ogannes / Аскеранская крепостьАскеранская крепость в оккупированном Аскеранском районе Азербайджана, фото из архива
Аскеранская крепость в оккупированном Аскеранском районе Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
5 iyul tarixli qərarda Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi qeyd olunmuşdu

BAKI, 5 iyul — Sputnik. 5 iyul 1921 — Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilir.

Bir gün öncə, iyulun 4-də RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərarın qəbuluna nail olmuşdular. Lakin N.Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Bununla belə, RK(b)P Qafqaz Bürosunun 5 iyul tarixli qərarında Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi qeyd olunmuşdu.

Bununla da ermənilər əsas məqsədlərinə çatmasalar da, muxtariyyət qazanmış oldular. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi.

 

Xəbər lenti
0