CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident fövqəladə müşavirədə: Təşəkkür, tapşırıq, cəzalandırılacaq şəxslər...

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində çıxışı
Prezident İlham Əliyevin qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə rəhbəri bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxmasının çox ciddi suallar doğurduğunu bildirib

BAKI, 4 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə bildirib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkənin enerji təchizatında ciddi problemlər yaşanıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, dövlət başçısı bildirib ki, qısa vaxtda enerji təchizatı bərpa olunub.

Azərenerji ASC-nin baş ofisi - Sputnik Azərbaycan
Baş vermiş qəza ilə bağlı birgə rəsmi məlumat yayıldı

Qəza baş verən vaxtda dövlət qurumlarının vətəndaşlara kömək etməklə bağlı tapşırığının öhdəsindən peşəkarlıqla gəldiklərini deyən Prezident İlham Əliyev vətəndaşlara göstərdikləri həmrəyliyə, dəstəyə və anlayışa görə təşəkkür edib.

İlham Əliyev Rusiya və Gürcüstana da təşəkkür edib. Dövlət başçısı ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə Azərbaycanın elektrik enerjisi sistemində yaranmış vəziyyətlə bağlı göstərdikləri köməyə görə hər iki dövlətə təşəkkürünü bildirib.

Ölkə rəhbəri Azərbaycanın enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə son 15 ildə ölkənin enerji sektoruna böyük investisiyaların qoyulduğunu, yeni elektrik stansiyalarının tikildiyini xatırladaraq bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxmasının çox ciddi suallar doğurduğunu bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, qəza nəticəsində ümumi sistemin sıradan çıxması ciddi faktdır: "Bununla bağlı əlavə tədbirlər görülməli, təkliflər verilməlidir".

Dövlət başçısı bu işdə günahı olanların müəyyən edilməsi və cəzalandırılması ilə bağlı ciddi tapşırıqlar verib.

Xəbər lenti
0