11:32 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
CƏMİYYƏT
Qısa URL
114 0 0

Mais Ağayev kömək göstərən hər bir quruma təşəkkür etdi

BAKI, 4 iyul — Sputnik. "Bakının enerji təminatındakı problemlər aradan qaldırıldığından müntəzəm marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləvğ olunub". 

Bunu Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda müntəzəm sərnişindaşımalar adi günlərdə olduğu kimi davam etdirilir: "BNA iyulun 3-4-də sərnişindaşınmanın xüsusi fəaliyyət rejimində təşkilində yaxından iştirakına və göstərdikləri köməyə görə daşıyıcılara, nəqliyyat əməliyyatları ilə bağlı əhalinin vaxtında məlumatlandırılması və maarifləndirilməsi işlərində göstərdikləri əvəzsiz dəstəyə görə kütləvi informasiya vasitələrinə təşəkkür edir. Bununla yanaşı, ötən iki gün ərzində nəqliyyat sistemində yaranan çətinlikləri anlayışla qəbul edib yüksək vətəndaşlıq mövqeyi göstərən əhaliyə də dərin minnətdarlığımızı bildiririk".

Əlaqədar

Bakı sakinləri nəqliyyat problemlərindən şikayət edirlər - FOTO
Bakı Nəqliyyat Agentliyi paytaxt üzrə məlumatı açıqladı
Paytaxtın nəqliyyat sistemində köklü dəyişikliklər olacaq
Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişib
Teqlər:
enerji təminatı, xüsusi rejim, Mais Ağayev, təşəkkür, Bakı Nəqliyyat Agentliyi

Əsas mövzular