07:42 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
354

Kəmaləddin Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib

BAKI, 4 iyul — Sputnik. Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 3-də və 4-də Mingəçevir şəhərində olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda iyulun 3-də baş vermiş qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində elektrik enerjisi ilə təminat əsasən bərpa olunub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş vermiş qəza yerində
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş vermiş qəza yerində

Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 3 iyul tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

Nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olub, aparılan təmir-bərpa işlərini yaxından izləyib. Problemin qısa zamanda tam həll olunmasının vacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətində olduğunu vurğulayıb.

Kəmaləddin Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib.

Teqlər:
Kəmaləddin Heydərov, elektrik enerjisi, Mingəçevir, Fövqəladə Hallar Nazirliyi, qəza

Əsas mövzular