13:40 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8906
Dayanacaqda taksilər

Bakıda kütləvi taksi şoku yaşanıb, məsul qurum sərt tədbirlərə əl atacaq

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
699 0 0

Başqa vaxtlarda hər bir müştəri uğrunda yarışa girən şirkətlər şəhərdə gərginlik yaşandığı zaman "aradan çıxıb"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza bir çox qurumların fəaliyyətinə olduğu kimi, nəqliyyatın da iş qrafikinə təsirsiz ötüşmədi. Belə ki, paytaxt Bakıda elektrik enerjisi kəsildiyi üçün Bakı Metropoliteninin işində də problemlər yaranıb.

Hətta dünən axşam saatlarından bu gün günorta saatlarına kimi Bakı Metropoliteni öz qapılarını sərnişinlərin üzünə bağlayıb. Belə olan halda sərnişinlər dünən və bu gün çətinliklərlə üzləşiblər. Metro işləmədiyinə görə sərnişin çoxluğu yarandığından avtobuslar onları daşımağı çatdıra bilmir. Sərnişinlərin əlacı qalıb taksilərə.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev
© Sputnik / Murad Orujov
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev

Sərnişinlər tələsdikləri ünvana çatmaq üçün taksi şirkətlərinə zəng edərək taksi sifariş vermək istəyiblər. Ya taksi şirkətləri telefona cavab verməyib, ya da nömrələri məşğul göstərib. Bir sözlə, nəqliyyatın iflic hala düşdüyü zamanda, həmişə yüksək keyfiyyətdən danışan taksi şirkətləri qeybə çəkilib.

Bu durum paytaxt sakinlərinə şok effekti yaşadıb. Təsəvvür edin, başqa vaxtlarda hər bir müştəri uğrunda yarış agirən şirkətlər, şəhərdə gərginlik yaşandığı zamanda "aradam çıxıb". Baş verənlər barədə sərnişinlər sosial şəbəkələrdə də tənqidi paylaşımlar ediblər.

Sputnik Azərbaycan taksi şirkətlərinin keyfiyyətsiz xidmət göstərməsi ilə bağlı onların tabe olduğu Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edib. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, taksilərin belə keyfiyyətsiz xidmət göstərmələri barədə onlarda da məlumat var.

"Sifarişli taksi xidməti göstərən şirkətlərlə bağlı Bakı Nəqliyyat Agentliyinə gün ərzində xeyli sayda müraciət daxil olub. Bütün faktlar araşdırılacaq. Və bu cür xüsusi günlərdə qazanc güdən, vəziyyətdən sui-istifadə etməyə çalışan taksi şirkətlərinə, sürücülərə qarşı lazımi tədbir görüləcək" — deyə M.Ağayev vurğulayıb.

Qeyd edək ki, dünən ikinci dəfə ölkə üzrə elektrik enerjisinin verilişində problem yaranıb. Saatlarla paytaxt və bəzi rayonlara işıq olmayıb. Bununla bağlı dünən axşam saatlarından indiyədək Bakı metrosu fəaliyyətini dayandırıb.

Əlaqədar

Xüsusi müştərilər üçün döyüşçülərin idarə etdiyi və cangüdənlərin qoruduğu taksi xidməti
Qadınlar taksidə öpüşdü, qalmaqal qopdu
Taksi sürücüsü Bakıda İsrail vətəndaşı olan turisti soyub
"Uçan su taksiləri" gəlir!
Taksi sürücüsü qadın müştərini ayağından tutaraq sürüyüb
Lənkəranda qeyri-adi qətl: Taksi sürücüsü qonşu rayonun sakinini evinə çatdırmadı
Teqlər:
"Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, fəaliyyət, Bakı Metropoliteni, elektrik enerjisi, işıq, taksi, Bakı, şirkət, qəza

Əsas mövzular