21:07 17 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9921
Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev

Ermənilər Cocuq Mərcanlıya gedən rus deputata hücum etdi - VİDEO

© Foto : Центр РАД
CƏMİYYƏT
Qısa URL
327 0 0

“Məhv edin onu, qovun onu. O xaindir, Rusiya Federasiyasının düşmənidir"

BAKI, 4 iyul — Sputnik. Rusiyalı deputat Dmitri Savelyev işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər etməsi və Dağlıq Qarabağı Azərbaycana qaytarmaq çağırışına görə ermənilər tərəfindən hücumlara məruz qalıb. Sputnik Azərbaycan xəbər verir ki, insident "Rossiya 1" telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" siyasi tok-şousunda baş verib.

Belə ki, tok-şouda çıxış edən erməni ekspert Semyon Baqdasarov Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskiyə müraciət edərək onu deputatı Dmitri Savelyevi məhv etməyə çağırıb.

"Bu necə ola bilər axı? Sizin deputatınız münaqişə zonasına gedir və ağlına gələni danışır. Məhv edin onu, qovun onu. O xaindir, Rusiya Federasiyasının düşmənidir" — deyə erməni ekspert Vladimir Jirinovskiyə müraciət edərkən bildirib.

LDPR lideri isə sadəcə "razıyam, razıyam, razıyam" deyə təkrarlayıb.

Verilişin müəllifi Vladimir Solovyov erməni ekspertə dəstək nümayiş etdirib.

Daha sonra Savelyev ona qarşı deyilən sözlərə reaksiya verib. O, Baqdasarovun fikirlərini sayıqlama adlandırıb: "Mən bu cəfəngiyatı şərh etməyi lazımlı bilmirəm".

Teqlər:
tok-şou, erməni, Vladimir Jirinovski, Cocuq Mərcanlı, Dmitri Savelyev, deputat

Əsas mövzular