12:03 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
167 0 0

İyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir

BAKI, 4 iyul — Sputnik. İyulun 3-ü saat 19:00 radələrindən etibarən "BakuBus" MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

"BakuBus" MMC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir.

Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək.

Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması vəziyyətinə dair əlavə məlumat veriləcək.

Teqlər:
xüsusi rejim, ödənişsiz əsaslar, Bakı Nəqliyyat Agentliyi, avtobus, BakuBus

Əsas mövzular