CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Nəqliyyat Agentliyi paytaxt üzrə məlumatı açıqladı

© Sputnik / Murad OrujovАвтобус ООО BakuBus, фото из архива
Автобус ООО BakuBus, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Metronun “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və yaxın ərazilərdə də əhalinin daşınması hazırda çətinlik olmadan həyata keçirilir

BAKI, 3 iyul — Sputnik. Sərnişindaşıma sahəsində vəziyyətin normallaşdırılması, müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

“20 Yanvar” metro stansiyasının çıxışları ətrafında sərnişinlərin marşrut xətləri üzrə maneəsiz daşınması təmin edilib. 

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə avtobusların rahat və maneəsiz hərəkəti təmin edilib. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzinə gedən əhalinin də vaxtında və rahat daşınması üçün zəruri tədbirlər görülüb. Artıq hər hansı bir narahatlıq müşahidə olunmur.

Metronun “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və yaxın ərazilərdə də əhalinin daşınması hazırda çətinlik olmadan həyata keçirilir.

Metronun “Nəsimi”, “Azadlıq Prospekti” və “Dərnəgül” stansiyalarının ətrafında da sərnişin axının tam şəkildə idarə olunur. 

“Ulduz”, “N.Nərimanov” və “Gənclik” metrostansiyaları ətrafında da sərnişindaşımada çətinlik müşahidə olunmur. 

“28 May” metrosu stansiyasından Əhmədli, Günəşli qəsəbələri və Koroğlu istiqamətlərində yaranan sərnişin sıxlığı da nəqliyyat vasitələrinin sayının artırılması ilə aradan qaldırılıb. 

Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən bütün marşrutlar üzrə xətlərə maksimum dərəcədə nəqliyyat vasitəsi cəlb edilib. Bir daha bəyan edirik ki, müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti gecə saatlarınadək davam edəcək.

Yol hərəkətinin təşkili üzrə görülən tədbirlər nəticəsində Zığ Dairəsi-Hava limanı avtomagistralında elektron məlumat lövhələrinin fəaliyyəti bərpa edilib.


Xəbər lenti
0