CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmi qurumdan sakinlərə qarşı qəza ilə bağlı humanist addım

© Sputnik / Murad OrujovАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
BNA: Bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib

BAKI, 3 iyul — Sputnik. Təkrar baş verən elektrik kəsintisi ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərnişin sıxlığının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür.

İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib.

"Yollarda hərəkətin təhlükəsizliyi üçün bütün sürücülərdən ehtiyatlı olmalarını və yol kəsişmələrində bir-birlərinə qarşı anlayışlı olmaları tövsiyə edilir", — deyə məlumatda vurğulanıb.

Xəbər lenti
0