CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın enerji təchizatında yenidən problem yarandı - SƏBƏB

© pixabay / GregMontaniЛампа накаливания, фото из архива
Лампа накаливания, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi rayonlarda elektrik enerjisi ilə təchizatda fasilələr yaranması barədə yerli sakinlər məlumat veriblər

BAKI, 3 iyul — Sputnik. Bakının və ölkənin enerji təchizatında yenidən problem yaranıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sosial şəbəkələrdə Bakının bəzi rayonlarında elektrik enerjisinin verilişi yenidən dayandırıldığı yazılıb. 

Eyni zamanda, bəzi rayonlarda elektrik enerjisi ilə təchizatda fasilələr yaranması barədə yerli sakinlər məlumat veriblər. 

Qəzanın səbəbi də olub. Belə ki, Mingəçevirdəki Azərbaycan İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.

Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür.

Xəbər lenti
0