CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin elektriksiz qalmasının səbəbi açıqlandı

CC0 / kloxklox_com / lightГорящая свеча в руке, фото из архива
Горящая свеча в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qarşıdakı bir neçə saat ərzində elektrik erjisinin verilişi bərpa olunacaq

BAKI,3 iyul — Sputnik. Paytaxt Bakıda və respublikanın əksər digər şəhər və rayonlarında işıqlarının sönməsinə gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, "Azərbaycan" İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub.

Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır. Havaların kəskin isti keməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib.

Qarşıdakı bir neçə saat ərzində elektrik erjisinin verilişi bərpa olunacaq.

Xəbər lenti
0