CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lerikdə ağır qəza: Avtomobil dərəyə aşdı

© Photo : APAGüclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırıb
Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırıb - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. Lənkəran-Lerik avtomobil yolunda avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində Lerik rayonunun Piran kəndi ərazisində qeydə alınıb. Belə ki, “Ford” markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə avtomobildə olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Lənkəran sakini, 1991-ci il təvəllüdlü Fərid Abdullayev Lənkəran Mərkəzi Rayon Xəstəxanasında müalicə alır. Digər yaralının vəziyyəti yüngül olduğundan, evə buraxılıb.

Hazırda qəza hadisəsi araşdırılır.

Xəbər lenti
0