05:39 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
134 0 0

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. Lənkəran-Lerik avtomobil yolunda avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində Lerik rayonunun Piran kəndi ərazisində qeydə alınıb. Belə ki, “Ford” markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə avtomobildə olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Lənkəran sakini, 1991-ci il təvəllüdlü Fərid Abdullayev Lənkəran Mərkəzi Rayon Xəstəxanasında müalicə alır. Digər yaralının vəziyyəti yüngül olduğundan, evə buraxılıb.

Hazırda qəza hadisəsi araşdırılır.

Teqlər:
aşma, dərə, "Ford", Lerik, avtomobil

Əsas mövzular