CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev iki polis zabiti ilə bağlı sərəncam verdi

© AP Photo / Sergei GritsAzərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
F.Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, H.Heydərov isə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışır

BAKI, 29 iyun — Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilib:

general-leytenant ali hərbi rütbəsi

general-mayor Fazil Nəriman oğlu Ələkbərova

polis general-mayoru ali xüsusi rütbəsi

polkovnik Heydər Teyyub oğlu Heydərova.

Qeyd edək ki, F.Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, H.Heydərov isə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Xəbər lenti
0