22:50 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8853
Bakı-Sumqayıt yolu

Bakı-Sumqayıt yolundan istifadə edənlərə xoş xəbər

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
625 0 0

Bakı-Sumqayıt yolunda 1-ci mərhələ üzrə işlər yekunlaşır

BAKI, 29 iyun — Sputnik. Bakı-Sumqayıt yolunda 1-ci mərhələ üzrə işlər yekunlaşır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Anar Nəcəfli məlumat verib. O, bildirib ki, təmir davam etdikcə hissə-hissə müəyyən məhdudlaşdırmalar olacaq.

"Hazırkı mədudlaşma 2-3 gün çəkəcək. Ümumi yolda işlər 2 həftəyə qədər davam edəcək, yəni Avtovağzaldan Xırdalan dairəsinə kimi. Sonra isə əks istiqamətdə başlanılacaq. O da təxminən 2 həftə davam edəcək. Ümumilikdə 1 aydan bir qədər az müddətə tamamlanacaq. Təxminən 20 günə bütün işlər yekunlaşacaq".

Nəcəflinin sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsinin asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılıb. Təmir işləri sözügedən hissədə birinci mərhələ üzrə yalnız sol 3 hərəkət zolağında aparılır, yəni sağ 3 hərəkət zolağı üzrə hərəkət dayandırılmayıb.

Moskva prospektindən 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla, hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi-Şamaxı yolu istiqamətinə yönəldilib.

Teqlər:
Anar Nəcəfli, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, təmir, Bakı-Sumqayıt yolu

Əsas mövzular