14:48 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
200320

Texniki baxış talonu ləğv edilir, bundan sonra sadəcə elektron qeydiyyat aparılacaq

BAKI, 29 iyun — Sputnik. "Bu gün Milli Məclis yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə maraqlı dəyişikliklər edir". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində qeyd edib.

O bildirib ki, dəyişikliklərin əsas tezisləri aşağıdakı kimidir:

1. Sürücülər barəsində tərtib edilən elektron protokol dövriyyədən çıxarılaraq elektron qərarla əvəzələnir, yəni gələcəkdə sürücü barəsində tərtib edilən elektron sənəd elə birbaşa "elektron qərar" adlanacaq.

2. Həmin elektron qərar yalnız real vaxt rejimində (qayda pozulan kimi avtomatik) tərtib edilməlidir. Yəni indi bəzi hallarda yol verildiyi kimi, kameranın qeydə aldığı məlumatı kompüterdə araşdıraraq bir neçə saat və ya gün sonra elektron protokol (bundan sonra qərar) tərtib etmək qadağan olunur. Real vaxt rejimində (dərhal, onlayn) tərtib edilməyən qərar etibarsız və qanunsuz olacaq, sürücü buna görə məsuliyyətdən azad olunacaq.

3. Elektron qərar (əlavələri ilə) 1 gün ərzində sürücünün elektron kabinetinə yerləşdirilməzsə, sürücü bu qayda pozuntusuna görə məsuliyyətdən azad olunacaq.

4. Sürücü onun barəsində tərtib olunan elektron qərardan 20 gün ərzində şikayət verə bilər.

5. Bundan sonra texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə də kameralar vasitəsilə elektron qərar tərtib olunacaq (indi buna görə cərimə yalnız yolda saxlanılaraq yazıla bilər).

6. Texniki baxış talonu ləğv edilir, bundan sonra sadəcə elektron qeydiyyat aparılacaq.

7. Texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə yalnız sürücü cərimələnəcək. Buna görə vəzifəli şəxsin və hüquqi şəxsin məsuliyyəti ləğv olunur.

8. Nisbətən yüksək sürət rejimi (80 km/saat və artıq) olan yolları qaydalardan kənar yerlərdə keçən piyadalar üçün cərimə artırılır (20 manat əvəzinə 40 manat) və s.

Əlaqədar

Sürücülərin nəzərinə: Daha bir yolda hərəkət məhdudlaşdırıldı
Ağır qəzanın görüntüləri yayıldı, sürücü pəncərədən uçdu - VİDEO
Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı
Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edir
“BakuBus” sərnişinlərin həyatını təhlükəyə atan sürücülərin görüntüsünü yaydı
Teqlər:
elektron qərar, elektron protokol, yol hərəkəti qaydaları, texniki baxış, dəyişikliklər, məsuliyyət, Milli Məclis, sürücü

Əsas mövzular