CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyəyə aparılan keçmiş nazirin yerləşdirildiyi xəstəxana məlum oldu

© Photo : REPORTVergilər naziri Fazil Məmmədov
Vergilər naziri Fazil Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Sabiq nazir "American Hastahanesi"nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır

BAKI, 28 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyə Respublikasına aparılıb. Onun "American Hastanesi"nə yerləşdirildiyi bildirilir.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, bu barədə F.Məmmədovun qohumları xəbər verib. Onlar bildiriblər ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.

Hazırda sabiq nazir "American Hastahanesi"nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır.

Xəbər lenti
0