CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmək pensiyalarının hesablama qaydası dəyişdi

CC0 / jxq / manSkamyada oturan yaşlı adam, arxiv şəkli
Skamyada oturan yaşlı adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev yeni fərman imzalayıb

BAKI, 26 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Həmçinin bu fərmanla Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırığı verilib.

Xəbər lenti
0