14:07 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev nazir Yavər Camalovun vəfatı ilə bağlı başsağlığı verib

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
CƏMİYYƏT
Qısa URL
183 0 0

Başsağlığımı dövlət və hökumət rəhbərləri imzalayb

BAKI, 24 iyun — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev müdafiə sənayesi naziri Yavər Camalovun vəfatı ilə bağlı başsağlığı verib. Sputnik Azərbaycan-ın məlumatına görə, başsağlığında deyilir:

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Talıb oğlu Camalov 2018-ci il iyunun 23-də ömrünün 69-cu ilində vəfat etmişdir.

Yavər Camalov 1949-cu il oktyabr ayının 17-də Sabirabad rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1967-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsində neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi ixtisası üzrə ali təhsil almışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official web-site of President of Azerbaijan Republic

Əmək fəaliyyətinə 1972-ci ildə "Siyəzənneft" Neft və Qaz Çıxarma İdarəsində operator kimi başlayan Yavər Camalov 1973-1995-ci illərdə "Şirvanneft" Neft və Qaz Çıxarma İdarəsində neft-qaz çıxarma üzrə mühəndis, böyük mühəndis, növbə rəisi, texnologiya üzrə rəis müavini və rəis vəzifələrində çalışmışdır. O, 1995-2003-cü illərdə ARDNŞ-in "Quruda Neft və Qaz Çıxarma" İstehsalat Birliyinin, 2003-2006-cı illərdə isə "Azneft" İstehsalat Birliyinin baş direktoru olmuşdur. 2006-cı ildən ömrünün sonunadək Yavər Camalov Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsində işləmişdir.

Yavər Camalov tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona böyük hörmət qazandırmışdır. O, uzun illər boyu Azərbaycanın neft sənayesinin inkişafı naminə bilik və bacarığını əsirgəmədən, var gücünü sərf edərək ölkə iqtisadiyyatının yüksəlişinə töhfələr vermişdir.

Azərbaycan Respublikasında müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin uğurla həyata keçirilməsində Yavər Camalovun özünəməxsus xidmətləri vardır. Onun bir nazir kimi rəhbərlik etdiyi dövr ərzində nazirliyin müəssisələrində çox sayda yeni istehsal sahələri yaradılmaqla yanaşı, qurumun müasir tələblərə uyğun səmərəli fəaliyyəti nəticəsində ölkədə hərbi təyinatlı məhsulların çeşidi artmış və keyfiyyəti yüksəlmiş, müdafiə sənayesinin idxaldan asılılığının aradan qaldırılması istiqamətində nailiyyətlər əldə olunmuş və ümumilikdə Azərbaycan Ordusunun müasir silah növləri ilə təmin edilməsi üçün zəruri addımlar atılmışdır.

Yavər Camalovun ölkənin iqtisadi inkişafındakı xidmətləri daim yüksək qiymətləndirilmişdir. O, "Əməkdar mühəndis" fəxri adına layiq görülmüş və müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Putin və Əliyev
© РИА Новости. Михаил Климентьев

Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan Yavər Camalovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Hacıbala Abutalıbov

Əli Əsədov

Akif Əlizadə

Zakir Həsənov

Ramil Usubov

Elçin Quliyev

Rövnəq Abdullayev

Xoşbəxt Yusifzadə

Yəhya Musayev

Tofiq Rəfiyev

Əlaqədar

Yavər Camalov dəfn edildi - FOTO
Yavər Camalov kim olub - BİOQRAFİYA
Nazir Yavər Camalov qəflətən vəfat edib
Teqlər:
müdafiə sənayesi naziri Yavər Camalov, başsağlığı, Ramiz Mehdiyev, Mehriban Əliyeva, Novruz Məmmədov, Oqtay Əsədov, İlham Əliyev

Əsas mövzular