CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər gün məişətdə istifadə etdiyimiz maddə öldürürmüş...

© pixabay / congerdesignDuz
Duz - Sputnik Azərbaycan
Abunə olmaq
İştirakçıların vəziyyəti 24 il müddətində nəzarətdə saxlanılıb və bu müddət ərzində 272 nəfər dünyasını dəyişib

BAKI, 23 iyun — Sputnik. Bostonda yerləşən Briqhem Qadın Xəstəxanaının mütəxəssisləri duzun miqdarının erkən ölümlərə təsirini müəyyən edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, uzun müddət davam edən araşdırmada 30-54 yaşları arasında 2974 nəfər qan təzyiqinin yüksəlməsindən əziyyət çəkən xəstə iştirak edib.

Araşdırmada iştirak edən könüllülərin duz istifadə miqdarı müxtəlif üsullarla eyni zamanda 24 saat ərzində yığılan sidik nümunələri əsasında müəyyən edilib. Bununla orqanizmə daxil olan duzun dəqiq miqdarı öyrənilib.

İştirakçıların vəziyyəti 24 il müddətində nəzarətdə saxlanılıb və bu müddət ərzində 272 nəfər dünyasını dəyişib.

Müəyyən edilib ki, istifadə edilən duzun miqdarı ölüm riski ilə birbaşa əlaqəlidir. 1200-9000 milliqram natrium xlorid gün ərzində istifadə edilməli olan miqdar kimi qəbul edilib.

Xəbər lenti
0