Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Miss&Mister Grand Azerbaijan adı uğrunda 20 nəfər mübarizə aparacaq

© Sputnik / Murad OrujovОткрытие конкурса красоты Miss & Mister Grand Azerbaijan
Открытие конкурса красоты Miss & Mister Grand Azerbaijan - Sputnik Azərbaycan
Abunə olmaq
Milli gözəllik müsabiqəsinin final tarixi və orada iştirak edəcək modellərin adları açıqlandı

BAKI, 21 iyun — Sputnik. Miss & Mister Grand Azerbaijan 2018-in final mərhələsi iyulun 5-də Bakıdakı Elektra Events Hall-da baş tutacaq.

Təşkilatçıların Sputnik Azərbaycan-a verdiyi məlumata görə, finalda 10 qız və 10 oğlan iştirak edəcək.

Qaliblər yeddi nominasiya üzrə mükafatlandırılacaqlar: Miss/Mister Grand Photomodel 2018, Miss/Mister Grand Catwalk 2018, Miss/Mister Grand Physic 2018, Miss Grand Sharm 2018 və Mister Grand Style 2018; Miss/Mister Grand Azerbaijan 2018-in sahibi isə ilk 3 yeri tutan modellər olacaq.

© Photo : AfişaMiss & Mister Grand Azerbaijan 2018-in afişası
Miss & Mister Grand Azerbaijan 2018-in afişası - Sputnik Azərbaycan
Miss & Mister Grand Azerbaijan 2018-in afişası

Tamaşaçılar bir bilet satın alaraq və onun üzərinə iştirakçının nömrəsini yazaraq öz qaliblərini seçə biləcəklər. Hər bir bilet 5 səs deməkdir. Gecədə Azərbaycanın bir çox məşhur ifaçıları iştirak edəcək. Müsabiqə başa çatandan sonra Enerji Clup-da əyləncə gecəsi keçiriləcək. Bilet sahibləri bu gecədə də iştirak etmək hüququna malikdir.

Bu layihənin başqalarından əsas fərqi odur ki, burada yalnız modelliyə yeni başlayan və heç vaxt digər müsabiqələrə qatılmamış və hər hansı titulu olmayan modellər iştirak edəcək.

Sputnik Azərbaycan Miss & Mister Grand Azerbaijan-ın informasiya tərəfdaşıdır.

Xəbər lenti
0