CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günü ağır qəza: Maşınla heyvan sürüsünə girdi, 3 nəfər öldü

CC0 / petrabosse / crushAvtomobil qəzası
Avtomobil qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı sürücü və 2 sərnişini hadisə yerində ölüb, biri uşaq olmaqla 3 nəfər ağır xəsarət alıb

BAKI, 15 iyun — Sputnik. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla xəbərinə görə, hadisə iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində qeydə alınıb. Göyçay sakini, taksi sürücüsü Çingiz Əliyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Bakıdan sərnişinləri rayona gətirərkən gecənin qaranlıq vaxtı qəflətən yoluna çıxan 2 baş inəyi vuraraq avtomobili aşırıb.

Bakıda qəza - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda sərxoş sürücü yolda yatdı, qəza baş verdi – VİDEO

Hadisə zamanı sürücü Çingiz Eminov və adı hələ ki, məlum olmayan 18 yaşlı qız sərnişin hadisə yerində ölüb, biri uşaq olmaqla 4 nəfər ağır xəsarət alıb. Yaralılar Gəraybəyli kənd sakinlərinin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şəxslər, Göyçay rayon sakinləri — 1992-ci il təvəllüdlü Vətənxan Gülçöhrə İlham qızı, onun azyaşlı oğlu, 2013-cü il təvəllüdlü Vətənxan Kamal Nejdət oğlu, 1993-cü il təvəllüdlü Abışova Nərmin Aqil qızı və bacısı 1992-ci il təvəllüdlü Abışova Bəyim Aqil qızı cərrahiyə və reanimasiya şöbələrinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Bəyim Abışovanın da dünyasını dəyişdiyi bildirilir.

Hazırda digər yaralıların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0