CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüquq müdafiəçisi zorlama işinə görə telekanalı məhkəməyə verəcək

Abunə olmaq
Azərbaycan Uşaqlar Birliyinin sədri zorlanmış qız uşağının sığınacağa verilməsini, onun ata-anasının isə valideynlik hüququndan məhrum edilməsini istəyir

Ramella ibrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 14 iyun — Sputnik. Azərbaycanın iri telekanallarından birinin xəbərlər departamentinin rəhbərliyi öz atası tərəfindən zorlanmış Sumqayıt şəhərinin azyaşlı sakini qarşısında rəsmi qaydada üzr istəməlidir. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Hüquq müdafiəçisi bildirib ki, əks təqdirdə, o, telekanaldan şikayət edəcək və uşaq hüquqlarını kobud şəkildə pozduğuna görə, telekanal məhkəmə qaydasında cavab verməli olacaq.

İyunun 13-də həmin telekanal və bir sıra yerli informasiya portalları özünün 15 yaşlı qızını zorlayan 37 yaşlı Sumqayıt şəhər sakininin saxlandığı barədə xəbər yayıb. Bununla yanaşı, jurnalistlər qızın yaşadığı ünvanı, onun ad və soyadını da açıq şəkildə qeyd ediblər.

Пачки азербайджанских манатов на столе - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hüquq müdafiəçiləri, tərcüməçilər və ekspertlər üçün şad xəbər
 Halbuki, mövcud qanunvericiliyə görə, zorakılığın qurbanı olmuş şəxslə bağlı informasiyaları yaymaq onun təhlükəsizliyinə təhlükə yaratdığı və onu müdafiəsiz hala gətirdiyi üçün yolverilməzdir.

Burada qeyd etmək lazımdır ki, Sputnik Azərbaycan-ın redaksiyasında hələ bir neçə gün qabaq Sumqayıtda azyaşlıya qarşı törədilmiş cinayət barədə detallı informasiya var idi. Lakin istintaqın gedişinə zərər verməmək və mənfi nəticələrə səbəb olmamaq üçün onu yaymamağı lazım bildik. Agentlik peşəkar jurnalistikanın etik prinsiplərini rəhbər tutdu. Lakin bu cinayətin törədilməsinə dair informasiyalar əcaib formada yayıldığından, Sputnik Azərbaycan hüquq müdafiəçisinə müraciət edib.

"Mən bu gün cəmiyyətimizdə baş verənləri sözlə ifadə edə bilmirəm. Bu, çirkin və təhqiramizdir. Özünü jurnalist adlandıran şəxslər sensasiya xatirinə hər şeyə başlarını soxmağa və vəziyyəti daha da ağrlaşdırmağa hazırdırlar. Bu isə iyrəncdir. Axı onların da anası, bacısı, qızı var. Bunu necə etmək olar? İndi yaramaz və əxlaqsız adamlar zorakılığın qurbanının yaşadığı evi axtarmağa başlayacaqlar. Onun üçün orada yaşamaq təhlükəsiz deyil. Özü də qızın ailəsi problemlidir. Ana əxlaqsız həyat tərzi keçirir və əri ilə birlikdə onları valideynlik hüququndan məhrum etmək vacibdir. Bu təcavüz hadisəsi bağlı qapılar arxasında dinlənilməlidir. Kriminal hadisələri işıqlandıran jurnalistlər isə söhbətin kimdən getdiyini açıqlamamalıdır" — deyə Ağazadə bildirib.

Onun sözlərinə görə, qızın Azərbaycan Uşaqlar Birliyinin sığınacağına gətirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət hazırlayır. Hazırda işi Sumqayıt prokurorluğu araşdırır. Məlum olduğu kimi, qız polisə müraciət edərək açıq şəkildə atası tərəfindən zorlandığını bildirib.

Faktla bağlı saxlanılan ata qızına qarşı törətdiyi cinayəti boynuna atıb. Amma çirkin əməlinə haqq qazandırmaq üçün bu cinayətə görə ilk növbədə öz həyat yoldaşını günahlandırmağa cəhd göstərib. Məlum olub ki, zorlanmadan sonra valideynləri qızı fahişəliklə məşğul olmağa təhrik ediblər. İlkin sorğu zamanı kişi bildirib ki, qızın bakirəliyinin pozulmasını ilk dəfə arvadı istəyib. Çünki o, qızını seks-sənayesinin işçisi etmək niyyətində imiş.

Hüquq-mühafizəçiləri qeyd ediblər ki, sözügedən ailə kifayət qədər problemli ailədir. Sputnik Azərbaycan-ın əməkdaşı ilə qapalı söhbətlərdə hüquq mühafizəçiləri bildiriblər ki, onların nəzərincə, bu cür hallarla bağlı Azərbaycanın cinayət qanunvericiliyində nəzərdə tutulan cəzalar çox yüngüldür. CM-nin 152-ci maddəsinə (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) əsasən bu cür cinayətlər üç ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Asayiş keşikçilərinin fikrincə, uşaqlara qarşı törədilmiş bu cür cinayətlərə görə daha üzün müddətli azadlıqdan məhrumetmə cəzası verilməlidir.

Kəmalə Ağazadə onu da qeyd edib ki, daxili işlər orqanlarının əməkdaşları bu cür cinayətlərin törədilməsinin qarşısını almaq üçün öz ərazilərindəki hər bir problemli ailəni nəzarət altında saxlamalıdır. Onun fikrincə, sahə müvəkkilləri öz işlərinin öhdəsindən yaxşı gələ bilmir. Çünki onların ərazisində yaşayan sakinlərin çoxu öz sahə müvəkkillərini tanımır və bu cür hallarla bağlı kimə müraciət edəcəklərini bilmirlər.

Xəbər lenti
0